XƏBƏR LENTİ

23 Oktyabr 2020

Digər Xəbərlər

20 Sentyabr 2020 - 11:12

Ukraynada koronavirus:yoluxan 3557 nəfər ölüb

Ukraynada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 175 min nəfəri ötüb.

APA-nın pandemiyanın yayılması ilə bağlı Ukraynanın monitorinq sisteminə istinadən verdiyi məlumata görə, bu gün səhərə ölkədə koronavirusa yoluxanların sayı 175 min 678 nəfərə çatıb.

Ötən sutka ərzində daha 2966 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb, 41 nəfər ölüb. Bununla da Ukraynada COVİD-19-a yoluxma nəticəsində ölənlərin sayı 3557 nəfər olub.