XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2020 - 00:14

Britaniyada benzinlə işləyən avtomobillərin satışına qadağa qoyula bilər- 2030-cu ildən

Böyük Britaniya hökuməti benzinlə işləyən avtomobillərin satışına qadağanı on il tezləşdirə bilər. Ekoloji təmiz yanacağa keçid planlarına görə, bu, 2040-cı il üçün nəzərdə tutulurdu.

Azərtac “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu addım Birləşmiş Krallığın avtomobil yollarında elektriklə işləyən maşınların artmasını sürətləndirə bilər. Avtomobillərdə daxiliyanma mühərriklərindən imtina üzrə yeni “yol xəritəsinin” 2020-ci ilin sonlarında elan olunacağı gözlənilir.

Qeyd edək ki, klassik güc qurğuları ilə təchiz olunan yeni avtomobillərinin tam qadağan ediləcəyi ilk ölkə Norveç olacaq. Burada daxiliyanma mühərrikli avtomobillərin satışı 2025-ci ildə, Almaniya, İrlandiya və Niderlandda 2030-cu ildə, Fransada isə 2040-cı ildə qadağan ediləcək.