XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2020 - 21:25

Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

Yaponiya növbəti maliyyə ilində (2021-ci ilin aprelindən 2022-ci ilin martınadək) ABŞ-ın Ayın mənimsənilməsi üzrə layihəsində iştirak üçün 770 milyon dollar ayıracaq.

Azərtac xarici saytlara istinadən xəbər verir ki, vəsaitlərin əsas hissəsini yeni pilotsuz yük gəmisinin yaradılmasına yatırmaq planlaşdırılır. O, 2009-cu ildən yüklərin Beynəlxalq Kosmik Stansiyaya çatdırılması üçün istifadə olunan mövcud “Kounotori” kosmik gəmisini əvəzləyəcək. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (Japan Aerospace eXploration Agency – JAXA) 2021-ci maliyyə ili üçün ümumi büdcəsi rekord 2,6 milyard dollar təşkil edir.

2019-cu ildə Yaponiya ABŞ Kosmik Agentliyinin (NASA) Ay proqramına qoşulmaq barədə qərar qəbul edib. Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi və “NASA” arasında Yerin təbii süni peykinin tədqiqi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.