XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2020 - 21:44

Türkiyədə koronavirus:son sutkada 68 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan 68 nəfər ölüb.

Bu barədə Türkiyənin “covid19.saglik.gov.tr” saytında yazılıb.

Qeyd olunub ki, son 24 saatda 112 942 şübhəli koronavirus testindən keçib, onlardan 1743-nün cavabı pozitiv çıxıb, 1202 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1491 nəfərdir.

Türkiyədə ümumilikdə 304 610 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 268 435 nəfər sağalıb, 7574 nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində səhiyyə işçilərinin ağır iş rejimində çalışmalarını xatırladaraq, onlara dəstək vermək üçün tədbirlərə düzgün əməl edilməsini bir daha vurğulayıb. (apa)