XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2020 - 09:54

“O, axmaqdır” –Tramp Con Boltonu və Co Baydeni növbəti dəfə tənqid edib

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Con Boltonu növbəti dəfə ələ salıb.

CNN” xəbər verir ki, Tramp onu “axmaq” deyə adlandırıb.

“Əgər bu axmağa qulaq assaydım, indi 5-ci dünya müharibəsini yaşayardıq”, – deyə prezident prezident seçkiləri öncəsi Ohayo ştatının Deyton şəhərində seçiciləri ilə görüşündə belə deyib.

Ağ Ev rəhbəri, həmçinin Demokratlar partiyasından olan namizəd – seçkilərdəki rəqibi Co Baydenə məğlub olacağını uğursuzluq kimi qiymətləndirib: “Bayden qalib gəlsə, tarixin ən pis namizədinə seçkiləri uduzacağam. Bayden dəyişməz bir qlobalistdir. Bilirsiniz ki, qlobalistlər kənarda qalıblar. Onlar bu ölkəni məhv ediblər”/APA