Gürcüstanda son 24 saat ərzində daha 218 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib, 40 nəfər sağalıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 3 913-ə, sağalanların sayı isə 1 574-ə çatıb. Xəstəlikdən 22 nəfər vəfat edib.
Hazırda karantində 4 988, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır/Report.