XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2020 - 13:28

Küveyt hökuməti Trampı təkzib etdi:“Fələstin problemi ərəb və müsəlman dünyasının gündəlik məsələsidir"

Küveyt hökuməti İsraillə münasibətlərin normallaşmasına dair ABŞ prezidenti Donald Trampın açıqlamasını təkzib edib.

Məlumatı İsrail KİV-i yayıb.

“Fələstin problemi ərəb və müsəlman dünyasının gündəlik məsələsidir. Problemin ədalətli və əhatəli həlli qərarı dedikdə müstəqil Fələstin dövlətinin yaradılması, işğalın dayandırılması və qaçqınların öz torpaqlarına qaytarılması nəzərdə tutulur”, – Küveyt hökumətindən bildirilib.

Açıqlamada həmçinin 1967-ci il iyunun 4-dəki sərhədlərə qayıtmadan, Şərqi Qüds paytaxt elan edilmədən, müstəqil Fələstin dövləti yaradılmadan ədalətli qərar qəbul edilə bilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, sentyabrın 19-da ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən sonra Küveyt də İsraillə münasibətlərin normallaşmasına dair müqavilə imzalayacaq/Report.