XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 10:32

Avropalı diplomatlar İstanbuldaterrora qarşı yürüş keçirdi

Martın 22 –də ABŞ, Belçika və İsrailin İstanbuldakı baş konsulları, AKP-nin məsul əməkdaşları, İstanbulun bəzi rayonlarının bələdiyyə sədrləri də daxil olmaqla bir qrup rəsmi şəxs terrora qarşı etiraz əlaməti olaraq yürüş keçiriblər.

Yürüşçülər martın 19-da Taksim meydanında 4 nəfərin ölümü, 39 nəfərin yaralanması ilə nəticələnən qanlı terror aktının törədildiyi yerə gül dəstələri qoyublar.

Sonra yürüşçülər Belçikanın İstanbuldakı baş konsulluğunun inzibati binasının qarşısına doğru hərəkət edərək martın 22-də Brüsseldə törədilən qanlı terrora qarşı həmrəyliklərini nümayiş etdiriblər.

Yürüşdə iştirak edən baş konsulların yaydıqları yazılı açıqlamalarda terrora qarşı birgə mübarizənin vacibliyi vurğulanıb(azərtac).