XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2020 - 21:06

Cozep Borrell Vladimir Zelenski ilə görüşdü:“Aİ Ukrayna xalqını və Ukraynanın suverenliyini dəstəkləyir"

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bu barədə Aİ-nin Ali Nümayəndəsi “Twitter”də bildirib.

Görüş Cozep Borrellin Kiyevə rəsmi səfəri çərçivəsində baş tutub.

“Aİ Ukrayna xalqını və Ukraynanın suverenliyini dəstəkləyir. Bütün ukraynalıların xeyrinə olan effektiv islahat prosesinə dəstək olaraq biz Ukraynanın ən güclü və ən etibarlı tərəfdaşıyıq”, – deyə C. Borrell qeyd edib.

Borrell Ukraynanın Müdafiə naziri Andriy Taranla da görüşüb. Görüşdə Aİ və Ukraynanın təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə olunub.

“Aİ Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləməyə davam edir”, – deyə Aİ-nin Ali Nümayəndəsi vurğulayıb/APA.