Böyük Britaniyanın baş naziri Devid Kameron Belçikanın paytaxtı Brüsseldə 30-dan çox insanın ölümünə səbəb olan terror hücumlarını qınayıb, eyni zamanda Britaniyada da terror hücumlarının mümkün olduğunu bildirib.
Baş nazirin açıqlamasından sonra polis və təhlükəsizlik orqanları hava limanları və digər ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Ölkənin Xarici İşlər Nazirliyi Brüsselə səfərlər barədə xəbərdarlıq edib. Brüsseldəki terror hücumlarında bir nəfər Britaniya vətəndaşı yaralanıb(azərtac).