Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Krallığının İsrail Dövləti ilə münasibətləri normallaşdırmasına etirazını bildirən Fələstin Ərəb Liqasına sədrlikdən imtina edib.
Bu barədə jurnalistlərə Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib.
Sentyabrın 15-də Vaşinqtonda imzalanmış sazişi pisləyən fələstinli nazir qeyd edib ki, ərəb dövlətlərinin bu addımı onlara qarşı xəyanətdir. O əlavə edib ki, məhz Fələstinin sədrliyi dövründə İsraillə münasibətlərin normallaşması səbəbindən növbəti 6 ay müddətinə Ərəb Liqasına sədrlik etmək məqsədəuyğun deyil. Nazir bildirib ki, bu qərar təşkilatın Baş katibi Əhməd Əbu Qeytə də çatdırılıb(azərtac).