XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2020 - 23:06

Brexit danışıqlarının növbəti mərhələsi Londonda baş tutacaq- Sentyabrın 23-də

Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında Brexit danışıqlarının növbəti mərhələsi sentyabrın 23-də Londonda baş tutacaq.

Avropa İttifaqının Brexit üzrə baş müzakirəçisi Maykl Barniyer Brexit danışıqları üçün sabah Londona səfər edəcək.

Görüş zamanı tərəflər arasında yaranan anlaşılmazlıqların aradan qaldırılması gözlənilir.

Xatırladaq ki, Britaniya hökuməti imzalanan Brexit müqaviləsinin hissələrini dəyişdirən yeni qanun layihəsi qəbul edib. Aİ bunun qarşılıqlı inama ciddi ziyan vurduğunu və Britaniyaya qarşı qanuni addımlar atmaqdan çəkinməyəcəyini açıqlayıb. Avropa İttifaqı Britaniyaya dəyişiklikləri geri götürməyəcəyi təqdirdə ticarət danışıqlarının təhlükə altında qalacağı barədə xəbərdarlıq edib.