XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2020 - 13:11

Lukaşenko and içdi –O, 6-cı dəfə prezident kimi fəaliyyətə başlayıb

Belarusun Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkoya prezident vəsiqəsini təqdim edib.

Bu barədə məlumatı “Belta” yayıb.

Bu gün Müstəqillik Sarayında A.Lukaşenkonun andiçmə mərasimi keçirilib.

Mərasimə bir neçə yüz insan dəvət olunub. Onların arasında yüksək vəzifəli məmurlar, parlament üzvləri, dövlət orqanlarının təmsilçiləri, ictimai təşkilatların, mətbuat orqanlarının rəhbərləri, idman, mədəniyyət və elm xadimləri var.

Belarus Respublikası Konstitusiyasına müvafiq olaraq, A.Lukaşenko aşağıdakı məzmunda and içib: “Belarus Respublikası prezidentinin vəzifəsini qəbul edərək, Belarus Respublikası xalqına sədaqətlə xidmət edəcəyimə, insan və vətəndaş hüquqları və azadlıqlarını qoruyacağıma və hörmət edəcəyimə, Belarus Respublikası Konstitusiyasına riayət və onu müdafiə edəcəyimə və mənə həvalə olunan yüksək vəzifələri vicdanla yerinə yetirəcəyimə and içirəm”.

O, and içdikdən sonra 6-cı müddətə prezident kimi vəzifəsinin icrasına başlayıb. Belarusda prezidentin səlahiyyət müddəti 5 ildir.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. O, 1994-cü ildən hakimiyyətdədir.

Prezident seçkisinin nəticələrinə etiraz olaraq ölkənin bir sıra bölgələrində kütləvi aksiyalar keçirilib. Aksiyalar hələ də davam edir. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib/Report.