XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2020 - 15:43

Yaşayış icazəsi olan əcnəbilərin Çinə girişinə icazə veriləcək- Sentyabrın 28-dən

Sentyabrın 28-dən etibarən yaşayış icazəsi olan əcnəbilərin Çinə girişinə icazə veriləcək.

APA-nın xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib. 

Bildirilib ki, həmin şəxslərin viza üçün yenidən müraciət etməsinə ehtiyac yoxdur.

Qeyd olunub ki, martın 28-dən sonra Çində yaşayış icazəsinin müddəti bitən əcnəbilər Çinin səfirliklərinə və konsulluqlarına viza üçün müraciət edə biləcəklər.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar mart ayından etibarən müvəqqəti olaraq Çin vizaları və yaşayış izni olan əcnəbilərin ölkəyə girişini dayandırıb.