XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 11:49

ABŞ detektivlərini Brüsselə göndərir- Terroru araşdırmaq üçün

ABŞ Federal Təhqiqatlar Bürosu və Nyu-York polisi bir qrup əməkdaşını Brüsselə göndərir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, onlar Brüssel teraktlarının araşdırılmasında iştirak edəcəklər. 

Bu barədə Nyu-York polisinin rəis müavini Con Miller məlumat verib: «ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları və Nyu-Yorkdan olan detektivlər Brüssel terrorunun təhqiqatında iştirak edəcəklər. Belə bir qərarın verilməsinə səbəb zərərçəkənlər arasında ABŞ vətəndaşlarının da olmasıdır».

Brüsseldəki teraktlarda 9 amerikalının xəsarət aldığı bildirilir.