Belçikanın paytaxtı Brüsseldə baş verən terror hücumundan sonra ABŞ daxilində bir çox hava limanı, körpü və tünellərdə, həmçinin qatar stansiyaları və avtobus terminallarında təhlükəsizlik tədbirləri gücləndirilib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, əsasən Vaşinqton, Nyu-York, Atlanta, Boston, Çikaqo, Denver, Los-Angeles və Mayami kimi şəhərlərdə təhlükəsizlik tədbirləri üst səviyyəyə çatdırılıb.