XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2020 - 21:31

Türkiyədə COVID-19-la bağlı son statistika açıqlanıb

Türkiyədə son sutka ərzində koronavirusdan 72 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin covid19.saglik.gov.tr saytı məlumat yayıb.

Qeyd olunub ki, son 24 saatda 112 102 şübhəli koronavirus testindən keçib, onlardan 1767-nin cavabı pozitiv çıxıb, 1027 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı isə 1561 nəfərdir.

Türkiyədə ümumilikdə 308 069 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 270 723 nəfər sağalıb, 7711 nəfər ölüb.