XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2020 - 10:27

Tramp Kubaya qarşı yeni məhdudiyyətlər qoyub –Açıqlama

ABŞ prezidenti Donald Tramp Kubaya qarşı yeni məhdudiyyətlər tətbiq edib. Həmçinin ABŞ vətəndaşlarının Kuba rəhbərliyinə məxsus binalara girişi qadağan edilməklə yanaşı, Kuba tütünü və alkoqolunun idxalı da məhdudlaşdırılıb.

O, bu barədə Koçinos buxtasındakı əməliyyat veteranlarının şərəfinə Ağ Evdə keçirilən tədbirdə deyib.

“Kommunizmə qarşı davam edən mübarizəmizin bir hissəsi olaraq bildirirəm ki, Maliyyə Nazirliyi amerikalıların Kubaya səfərləri müddətində onların bu ölkə rəhbərliyinə məxsus ərazilərdə olmalarını qadağan edəcək”, – Tramp belə deyib.

O əlavə edib ki, ABŞ administrasiyası Kuba alkoqolunun və tütününün idxalına qoyulan məhdudiyyətləri də gücləndirəcək/APA.