XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2020 - 21:20

Zelenski:"Ukraynada pandemiyanın ikinci dalğası başlayıb"

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsində COVID-19 pandemiyasının ikinci dalğasının başladığını bildirib.

Bu barədə V. Zelenski Slovakiya Prezidenti Zuzana Çaputova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Pandemiyanın birinci dalğasında, yazda 40 milyon əhalisi olan Ukraynada gündəlik 100-300 yoluxma halı qeydə alınırdı. Bu gün bizdə gündəlik 3 000 yeni yoluxma qeydə alınır. Çox təəssüf ki, Ukrayna pandemiyanın ikinci dalğasını yaşayır”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

O qeyd edib ki, xarici ölkə vətəndaşlarının Ukraynaya girişinə qadağa qoyulub: “Biz həm ukraynalıların, həm də ölkəmizə gələn xarici vətəndaşların həyatını risk altında qoya bilmərik. Əlbəttə ki, vəziyyət sabitləşən kimi Ukrayna öz sərhədlərini açacaq”/APA.