XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2020 - 22:02

BMT baş katibi:"Bəşəriyyət pandemiya sınağından keçə bilmədi"

Bəşəriyyət yeni koronavirus pandemiyası sınağından keçə bilmədi, xəstəlik səbəbindən həyatını itirənlərin sayı artıq milyona yaxınlaşır.

Azərtac xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş Baş Assambleyanın iclasında çıxış edərkən deyib.

“Pandemiya beynəlxalq əməkdaşlıq üçün keçə bilmədiyimiz sınaq idi. Koronavirus bütün dünyada 30 milyondan çox insana yoluxub və bir milyona yaxın insanı öldürüb, o, nəzarətdən çıxıb. Bu, qlobal hazırlıq, qarşılıqlı fəaliyyət, birlik və həmrəylik çatışmazlığının nəticəsidir”, – deyə Antonio Quterreş bildirib.

“Koronavirus bütün dünyanın üzərini qara bulud kimi alıb. Həmçinin o, bizi fəaliyyətə təşviq edəcək xəbərdarlıq oldu. Seçim haqqımız yoxdur. Ya qlobal institutlar çərçivəsində birləşməli, ya da fitnə və xaosla əzilməliyik”, – deyə baş katib əlavə edib.