XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2020 - 22:13

Avropa Komissiyası Avropa İttifaqında superkompüter istehsalına sərmayə yatırır- 8 milyard avro

Avropa Komissiyası “rəqəmsal suverenlik” üçün Avropa İttifaqında öz superkompüterlərinin istehsalına 8 milyard avro sərmayə yatırmaq niyyətindədir. Bu barədə Avropa Parlamentinin sessiyasında Avropa İttifaqında işlərin vəziyyətinə dair illik çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

“Rəqəmsal suverenliyə nail olmaq üçün öz superkompüterlərimizin istehsalına 8 milyard avro sərmayə yatıracağımızı elan etməkdən məmnunam”, – o deyib.

Azərtac xarici saytlara istinadən xəbər verir ki, Avropa İttifaqı yüksək texnologiyalar sahəsində ön sıralarda olmalıdır, amma bunun üçün investisiyalar lazımdır. Avropada texnologiyalara sərmayə yatırmaq üçün bundan daha yaxşı vaxt olmayıb.