XƏBƏR LENTİ

23 Oktyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2020 - 09:11

Çexiyada koronavirus:ölüm sayı rekord həddə çatıb

“Çex Respublikasında son sutkada koronavirusdan 19 nəfər ölüb ki, bu, ölkədəki pandemiya dövründə yoluxanlar arasında rekord sayda ölüm faktıdır”.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun sonu ilə müqayisədə ağır xəstə sayı beş qat (120 nəfər) artıb. Cümə axşamı saat 18.00-a qədər aktiv xəstələrin sayı 28 933 nəfər olub, bunlardan 670-i xəstəxanaya yerləşdirilib. Ümumiyyətlə, pandemiya zamanı ölkə üzrə 567 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Avropa Xəstəliklərin qarşısının alınması və Nəzarət Mərkəzi (ECDC) Çexiyanı epidemiyanın ən sürətlə inkişaf etdiyi 7 ölkə sırasına əlavə edib. Bu siyahıya Çexiyadan əlavə İspaniya, Malta, Rumıniya, Bolqarıstan, Xorvatiya və Macarıstan da daxildir.(apa)