XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2020 - 13:56

BMW 18 milyon dollar cərimə ödəyəcək –Saxta satış məlumatlarına görə

Almaniyanın avtomobil istehsalçısı “BMW Group” şirkətin ABŞ ərazisində avtomobil satışı ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayımlaması iddialarının nizamlanması çərçivəsində ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına 18 milyon ABŞ dolları ödəməyi qəbul edib.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qeyd olunub ki, söhbət 2015-ci ildə 2019-cu ilə qədər olan dövrdəki hesabatlardan gedir.

“Məlumatların açıqlanmasında dəfələrlə yol verilən səhvlər səbəbi ilə BMW satış həcmləri və Amerika bazarında avtomobillərə olan tələbat barədə informasiyalarda investorları yanıldıb”, – nəşr maliyyə tənzimləyicisinin nümayəndəsindən sitat gətirib.

Qeyd olunub ki, şirkət məsələni günahını nə qəbul etmədən, nə də təkzib etmədən həll edib.

Qəzetin yazdığına görə, şirkətin araşdırma prosesindəki fəal əməkdaşlığı cərimə məbləğinin azaldılmasına yardımçı olub. (report)