XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Mart 2016 - 12:00

Brüsseli partladanlar həbs olundu – FOTO

Brüsseli partladanlar həbs olundu -

Brüsseldə hava limanında baş verən terror aktını törədənlər həbs olundu. 

Bu barədə RTBF telekanalı xəbər yayıb. Terror aktını Belçika vətəndaşları olan Xalid və Brahim Bakraui qardaşlarının törətdiyi açıqlanıb. Həmçinin bu terroru təşkil edən üçüncü şəxs Najim Laachraoui də yaxalanıb. 

Dünən axşamdan bu yana axtarılan Laachraoui az əvvəl Anderlechtte tutulub. Bu adamın Paris katliamıyla da əlaqəsi olduğu düşünülür.

Belçika dövlət televiziyası RTBF-nin xəbərinə görə, dünən 34 adamın öldüyü, 250-dən çox adamın yaralandığı hücumların faili olaraq göstərilən qardaşlar xeyli sayda cinayyət törətdikləri məlum olub. 

RTBF, 27 yaşındakı Xalid Brüsselin Forest bölgəsindəki bir evi saxta adla kiraladığını məlum olub.

Polis tərəfindən aparılan əməliyyat tədbirləri zamanı qardaşların evindən "İŞİD bayrağı", silah və üç gün əvvəl Fransada həbs olunan və Paris hücumlarının əsas şübhəli bilənən Salah Abdeslama aid barmaq izləri tapıblar.