XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2020 - 13:56

Ukraynada matəm elan olunub

Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq fərman imzalayıb.
Fərmanda deyilir: “25 sentyabr 2020-ci il tarixində Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında planlaşdırılan təlim uçuşları zamanı An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qulluqçularının ölümünə səbəb olan faciə ilə əlaqədar olaraq, qurbanların xatirəsini anmaq üçün 26 sentyabr 2020-ci il Ukrayanda matəm günü elan edilsin”.
Qeyd edək ki, Prezident Vladimir Zelenski qəza baş verən yerə gedib.
Xatırladaq ki, sentyabrın 25-də An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub.
Təyyarənin göyərtəsində 27 nəfər olub.