XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2020 - 17:44

Həsən Ruhani:“Maska taxmayan vətəndaşlara cəza tətbiq olunacaq”

İranda tibbi maskadan istifadə etməyənlərə cəza tətbiq olunacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu, İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Milli Qərargahının iclasında deyib.

“Nəzarət azalıb, Səhiyyə Nazirliyinin son məlumatlarına görə, koronavirus artıq gənclərə də yoluxur. Xəstəxanaya yerləşdirilənlərin 14%-ni daha əvvəl koronavirusa yoluxanlar təşkil edir. Sanitariya-gigiyena qaydalarını və nəzarəti sərtləşdirməyə məcburuq. Bu həftə maska taxmayan vətəndaşlara sərt qaydalar tətbiq olunacaq”, – deyə İran Prezidenti qeyd edib.

H.Ruhani bildirib ki, vətəndaşların maskadan istifadə etməməsinə artıq göz yumulmayacaq: “Maska taxmayanlara heç bir dövlət xidməti göstərilməməlidir”.