XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 16:15

Davudoğlu:“Bölgənin təhlükəsizliyi üçün Avropanın Türkiyədən başqa tərəfdaşı yoxdur”

Əhməd Davudoğlu

“Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır. Türkiyənin təhlükəsizliyi üçün də Suriyanın şimalında təhlükəsiz bölgə yaradılmalıdır”.

Hurriyet.com.tr-nin verdiyi məlumata görə, bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rayon təşkilatlarının sədrlərinin toplantısında Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Davudoğlu bildirib ki, Türkiyə hökuməti illərdir Suriyanın şimalında təhlükəsiz bölgənin vacibliyini bəyan edib, Avropa bunu eşitməyib: “Biz hər şeyə rəğmən terrorla mübarizədə Avropa ilə birgə hərəkət etməkdə qərarlıyıq. Avropanın bölgədə təhlükəsizliyi təmin etmək üçün Türkiyədən başqa tərəfdaşı yoxdur”.

Avropa İttifaqı və Türkiyə arasında razılaşmaya toxunan baş nazir qeyd edib ki, əgər ayın 4-ə qədər Türkiyə Böyük Millət Məclisinində qanunlara müvafiq dəyişikliklər qəbul edilsə, iyunun sonunda Türkiyə vətəndaşları Avropaya vizasız gedə biləcəklər.