XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2020 - 18:24

Qazaxıstan XİN:"Tərəfləri güc tətbiqindən imtina etməyə çağırırıq"

“Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsindən dərin narahatlığını bildirir”. 

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Biz dost Azərbaycan Respublikasını və Ermənistan Respublikasını vəziyyəti sabitləşdirmək üçün bütün tədbirləri görməyə, güc tətbiqindən imtina etməyə və danışıqlara başlamağa çağırırıq.

Biz beynəlxalq təşkilatların platformalarında münaqişənin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırıq. Asiyada Qarşılıqlı Etimad Tədbirləri Konfransının (CICA) hazırkı sədri olaraq, biz Konfransın mövcud etimad tədbirləri paketindən istifadə etməyi təklif edirik”, – deyə Qazaxıstan XİN-in bəyanatında qeyd olunub.