XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2020 - 20:32

Pakistan XİN:"Ermənistan hərbi əməliyyatı dayandırmalıdır"

“Pakistan qardaş Azərbaycan xalqını dəstəkləyir və onun özünümüdafiə haqqını tanıyır”.

Bunu Pakistanın Xarici İşlər Nazirliyi açıqlayıb.

“Pakistan Dağlıq Qarabağ bölgəsində vəziyyətin pisləşməsindən çox narahatdır. Pakistan Ermənistan qüvvələrinin həftəsonu Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini mülki əhalisini intensiv atəşə tutmasını qınayır. Bu, bütün bölgənin dincliyini və təhlükəsizliyini poza bilər.

Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatını dayandırmalıdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur”, – açıqlamada vurğulanıb/Report.