XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2020 - 10:30

Angela Merkel Aleksey Navalnı ilə görüşüb

Almaniya kansleri Angela Merkel Rusiya müxalifətinin lideri Aleksey Navalnıya baş çəkib.

Məlumatı “Spiegel” qəzeti yazıb.

A.Navalnı paytaxt Berlinin “Şarite” klinikasında müalicə olunan zaman A.Merkel əvvəlcədən elan olunmadan siyasətçini ziyarət edib.

Nəşr məlumatı A.Navalnı xəsətəxanadan buraxıldıqdan sonra yayıb.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniyaya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb. O, sentyabrın 23-də isə Almaniyanın “Şarite” klinikasından evə buraxılıb. (report)