XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 11:10

Usamə Bin Laden: “İranlılara inanmaq olmaz”

Terrorbaşının arxivindən pornomateriallar çıxdı

ABŞ Milli Kəşfiyyat İdarəsi Usamə Bin Ladenin həlak olduğu hücum nəticəsində əldə edilmiş 100-dən çox məktub və sənədi ictimaiyyətə açıqlayıb.

Strateq.az İnopressa.ru-ya əsasən bildirir: “Həmin sənədlərdən aydın olur ki, “Əl-Qaidə” lideri izləmə və pilotsuz təyyarələrdən olduqca qorxur, öz ailəsi ilə yazışaraq Qərbə yönəlik hücuma ümid bəsləyirmiş“.

Ərəb dilindəki onlarla sənədlə yanaşı (bu yazışmalar daha çox əsas müavinlər, tərəfdaşlar və dünyanın hər yerinə səpələnmiş qruplaşmalarladır) Bin Ladenin kitabxanasındakı kitabların siyahısı da elan olunub. Siyahıda İslam mütəfəkkirlərinin əsərlərindən başqa tarix və cari siyasət üzrə, o cümlədən Hoama Xomskinin və Bob Vudvardın kitabları da var.

Milli Kəşfiyyat direktorunun mətbuat katibi Ceffri Ançukaytis bildirib ki, sənədlər MKİ-nin rəhbərliyi altında idarələrarası ciddi analizdən sonra dərc olunub. O, sənədlərin aşkarlanmasının Obama administrasiysının jurnalist Seymur Herşin bu günlərdəki məqaləsinə müəyyən dərəcədə cavab hücumu kimi dərc edildiyini inkar edib. Herş iddia edir ki, Obama administrasiyası 2011-ci ilin mayındakı hücuma qədərki, hucum vaxtı və sonrakı hadisələrlə bağlı ictmaiyyəti yanlışlığa sövq edir.

Hər necə olsa da, sənədlər sübut edir ki, Bin Laden əməliyyat təhlükəsizliyinin qayğısına qalıb. O, yaxınlarına məsləhət görüb ki, elektron poçtla yazışmasınlar, həmçinin pilotsuz təyyarədən gülləboran edilməməkdən ötrü böyük qrup halında yığışmasınlar. O həm də qorxurmuş ki, arvadınn geymində “böcəklər” (dinləmə qurğusu-red.) gizlədilib.

Bin Laden 2010-cu ilin sentyabrında yazırdı: “Um Hamza bura gələnə qədər hər şeyi buraxsın, özü ilə heç nə gətirməsin? Nə paltar, nə kitab, İranda nəyi vardısa, heç birini. İynə batacaq heç nəyi”.

O, iddia edirdi ki, ən son dinləmə çiplərini “şprisdə asanlıqla gizlətmək olur, iranlılara isə inanmaq olmaz”.

O digər məktublarında müavinlərinə yalvarırdı ki, nifaqı və məhəlli münaqişələri yaddan çıxardıb bütün diqqəti amerikalılarla müharibəyə, ABŞ-a böyük miqyasda zərbə vurmağa yönəltsinlər.

O, tarixsiz bir məktubda yazırdı ki, “Qardaşlardan bir qismi Böyük Britaniya, Rusiya və Danimarkaya hücum üçün yola çıxıb”.

Xüsusən də qaz kəməri və yaxud Amerika səfirliyini partlatmaq üçün plan var idi.

Tunis, Misir, Suriya və bütün Yaxın Şərqdə qiyamlar başlayanda Bin Laden “Əl-Qaidə”nin liderlərini dəvət etdi ki, bölgədə gəncliyi ələ almaq üçün fürsətdən istifadə edilsin.

Bin Laden həmçinin “Əl-Qaidə”ni xırda, yerli hücumlardan imtina etməyə çağırırdı, lakin təcrid olundu: başqa liderlər “yalquzaq”ların hücumuna – “fərdi cihad”a israr edirdilər.

Bin Laden bu məktublarda həm də dörd arvadının qayğısına qalan, 20 övladının və digər qohumlarının dərdini çəkən ailəli insan kimi canlanır. Deməli, o, arvadlarının birindən xahiş edir ki, qızlarını qorusun, pis mühitlərdən çəkindirsin – xüsusən də həddi-buluğa çatandan sonra.

Maraqlıdır ki, Bin Ladenin güman edilən pornoqrafiya kolleksiyası faş edilməyib. Klepperin əməkdaşları təsdiqlədilər ki, Bin Ladeinin malikanəsində müsadirə edilmiş sənədlərin içində “hansısa pornoqrafik materiallar” var idi. Lakin Ançukaytis bildirdi ki, ABŞ hökuməti məzmununa görə pornoqrafiyanı dərc etməyəcək.