XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

23 Mart 2016 - 20:38

Prezident:"Heç bir halda istefa verməyəcəm"

Xalqın etirazlarına baxmayaraq, Braziliya prezidenti Dilma Rusef istefa verməyəcəyini bəyan edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusef parlamentin impiçment təşəbbüsünü dövlət çevrilişinə cəhd kimi qiymətləndirib: «Bunun bir adı var – dövlət çevrilişi. Heç bir halda istefa verməyəcəm. Ölkə demokratiyası təhlükə altındadır». 

Braziliyada etirazlar ötən ilin yanvarından başlayıb. Fəalların başlatdığı etirazlara sonradan müxalifət də dəstək verib. Parlamentdəki müxalifyönlü deputatlar prezidentin impiçmentinə nail olmaq istəyirlər. 

Rusefin prezidentlik müddəti 2018-ci ilin sonunda başa çatır. Onun reytinqi gündən-günə azalır və hazırda 10 faizlik həddi belə, keçə bilmir. Sorğular göstərir ki, ölkə əhalisinin 60 faizi Russefə qarşıdır. İnsanlar onu ölkənin durumunu pisləşdirməkdə və korrupsiyada ittiham edirlər. 

Braziliya liderinin adı uzun müddətdir ki, dövlət neft şirkəti «Petrobras»la bağlı korrupsiya qalmaqalında hallandırılır.

Rusef əleyhinə təşkil olunan son mitinqdə küçələrə 3 milyondan artıq etirazçı çıxmışdı.