XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Mart 2016 - 21:34

Baş nazirin obyektivində…- Medvedevin FOTOLARI

Rusiya baş naziri Dmitri Medvedev siyasətlə məşğul olmaqla yanaşı, gəzib-gördüyü maraqlı yerlərin fotolarını çəkir.

Baş nazir çəkdiyi fotoları əsasən «İnstagram» hesabında paylaşır. Bu sosial şəbəkədə Medvedevin 2 milyondan çox izləyicisi var. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün Taylandda Medvedevin çəkdiyi fotoların sərgisi açılıb. Paytaxtdakı «Siam Paraqon» ticarət mərkəzində "Baş nazirin obyektivində" başlığı altında keçirilən sərgi aprelin 3-nə qədər açıq olacaq. 

Bugünkü açılış mərasimində Tayland və Rusiyanın rəsmi şəxsləri və bir çox diplomatlar iştirak edib.