XƏBƏR LENTİ

23 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2020 - 21:00

İran rəsmisi:"Ərazimizə atəş açılmamalıdır"

“Ərazimizə atəş açılmamalıdır”.

Strateq.az “Təsnim” agentliyinə istinadla xəbər verir ki, bunu İranın polis qüvvələrinin komandan müavini general Qasim Rezai bildirib.

“Bu, bizim bir qonşu dövlət kimi ciddi tələbimizdir”, – deyə Rezai sözlərinə əlavə edib.

İslam Respublikasının Polis Qüvvələri komandanı müavini deyib: “Ermənistan-Azərbaycan qarşıdurması ilə bağlı istəyimiz məsələnin dialoq yolu ilə həll olunmasıdır və ərazilərimizin atəşə tutulmaması barədə xəbərdarlıq etmişik”.

“Son bir neçə gündə iki ölkə arasındakı qarşıdurma güclənib və sərhədimizin yaxınlığına iki minaatan mərmisi  düşüb. Biz hadisələrin gedişini diqqətlə izləyirik və bu gün hər iki tərəfin sərhəd xidmətlərinə mesaj göndərdim“, – deyən general Rezai sonda bildirib: “Əlbəttə, bu münaqişə heç bir ölkənin marağına uyğun deyil”.