XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2020 - 21:46

Gürcüstanda daha 314 nəfərdə koronavirus aşkarlanıb –1 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 314 yeni yoluxma halı təsdiqlənib, 270 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 5 866 nəfərə, sağalanların sayı isə 2 324-ə çatıb. Xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 33 olub

Hazırda karantində 5 637, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. 800 asimptomatik xəstə xüsusi otellərdə müalicə alır/Report.