XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 13:15

Moskvada orta məktəblər ikihəftəlik tətilə çıxır- Koronavirusla əlaqədar

Rusiya paytaxtında orta məktəblər koronavirusla əlaqədar ikihəftəlik tətilə göndərilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva meri Sergey Sobyanin əmr imzalayıb.

Əmrə əsasən, oktyabrın 5-dən 18-nə kimi Moskvanın orta məktəbləri ikihəftəlik tətilə göndərilir.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur.

Sentyabrın 28-nə olan məlumata görə, sutka ərzində 8135 nəfər koronavirusa yoluxub. Moskva şəhərində gün ərzində COVID19-a yoluxanların sayı 1500 nəfərdən çox olub.