XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2020 - 15:17

Türkiyə XİN başçısı:“ATƏT Azərbaycanla Ermənistanı bərabər tutmamalıdır”

“Xüsusilə ATƏT başda olmaqla, digər beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistanı bərabər tutmamalıdırlar”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ədalət İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuşla birlikdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimi iqamətgahında ziyarətdən sonra mətbuata açıqlamasında deyib.

“Torpaqları işğal edilən Azərbaycanla işğalçı Ermənistanı bərabər tuturlar. Bu haqsız bir münasibətdir”, – deyə Türkiyə XİN başçısı vurğulayıb/APA.