XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

24 Mart 2016 - 08:34

Ukrayna prezidenti parlamenti siyasi böhrana son qoymağaçağırıb

poroshenko-300x150

Ukrayna Prezidenti Petro Poroşenko parlamenti gələn həftə yeni kabineti təsdiqləməyə, bununla da siyasi böhrana son qoymağa çağırıb.

Korrupsiya ilı mübarizə cəhdləri səbəbindən ölkənin hakim koalisiyası iflas edib. Ancaq baş nazir Arseniy Yatsenyuk istefa verməkdən imtina edir, ötən ay etimad səsverməsindən də çıxıb.

Poroşenko martın 23-də Xarkovda jurnalistlərə deyib ki, “parlament koalisiyasının təqdim etdiyi, baş nazirliyə istənilən namizədi dəstəkləməyə” hazırdır. “Hökumətin gələn həftənin çərşənbə axşamı təsdiqlənməsinin Ukraynanın maraqları çərçivəsində olduğununu vurğulayıram”, Poroşenko deyib.

Yatsenyuk da martın 23-də siyasi böhranın tezliklə həllini tapacağına ümidini bildirib.