XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 17:22

Avropa İttifaqı Gürcüstana 129 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) COVID-19 pandemiyasına qarşı mübarizə və onun ölkə iqtisadiyyatına təsirlərinin öhdəsindən gəlmək üçün Gürcüstana 129 milyon avro məbləğində maliyyə yardım ayırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varheyli və Gürcüstanın baş naziri Giorgi Qaxaria arasında iki maliyyə sazişi imzalanıb.

Sənədlərə əsasən, 75 milyon avroluq qrantla Gürcüstan hökumətinin böhran əleyhinə planı dəstəklənəcək. Ölkənin bölgələrinin iqtisadi inkişafına isə 54 milyon avro həcmində qrant yönəldiləcək.