XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 17:44

İran hökumətinin sözçüsü:"İran, Türkiyə və Rusiya ixtilafların həlində hər iki ölkəyə yardım edə bilər”

“Azərbaycanın ərazi bütövlüyünün tanınması və buna riayət olunmasının vacibliyi ilə əlaqədar İranın mövqeyi tamamilə aydındır”.

Bunu İran hökumətinin sözçüsü Əli Rəbii keçirdiyi həftəlik brifinqdə deyib.

O, İran hökumətinin indiyədək dəfələrlə BMT qətnamələri və beynəlxalq hüquq çərçivəsində Azərbaycanın qanuni haqqını vurğuladığını diqqətə çatdırıb.

Ə. Rəbii qeyd edib ki, İran Azərbaycanın işğal olunmuş ərazisində baş verən hadisələri diqqət və narahatlıqla izləyir: “İki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasındakı münaqişəni sülh yolu ilə həll etmək mümkündür. İran, Türkiyə və Rusiya  BMT Təhlükəsizlik Şurasının  qətnamələrinin icrası sahəsində və ixtilafların həlində hər iki ölkəyə yardım edə bilər”.

APA