XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 22:30

Almaniyalı deputat:"Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir"

Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsində əsas problem Ermənistanın bu bölgəyə dair beynəlxalq hüququn qüvvəsini tanımamasıdır.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə Bundestaqın Almaniya–Cənubi Qafqaz parlament qrupunun sədri Barbara Hendriks bildirib.

“Bu məsələdə beynəlxalq hüququn Azərbaycan tərəfində olduğu göz qabağındadır”, – deyən deputat Ermənistan hökumətini də ermənilər üçün nə qədər çətin olsa da, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa çağırıb.