XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 23:59

ÜST aşağı və orta gəlirli ölkələri 120 milyon sürətli test dəsti ilə təmin edəcək

Ümumdünya Səhiyyə Təşkilatı aşağı və orta gəlirli ölkələri təxminən 120 milyon sürətli koronavirus test dəsti ilə təmin edəcək.

Azərtac Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Qebreyesus İsveçrənin Cenevrə şəhərində təşkilatın qərargahında videokonfrans formatında keçirilən mətbuat konfransında məlumat verib. O deyib ki, ÜST və onun tərəfdaşları arasında əldə olunan razılaşma əsasında aşağı və orta gəlirli ölkələrə COVID-19 test dəsti təqdim edəcəklər.

Sürətli diaqnostika dəstlərinin 15-20 dəqiqə ərzində nəticə verdiyini qeyd edən ÜST rəhbəri hazırda vahid qiymətin hər adam üçün ən çoxu 5 dollar olduğunu vurğulayıb.

“Bunlar PCR testlərindən xeyli ucuzdur və qiymətin daha da enəcəyini gözləyirik. ÜST-nin tərəfdaşlarından olan Bill və Melinda Gates Fondunun Abbott və SD Biosensor şirkətləri ilə növbəti altı ay ərzində 120 milyon sürətli test dəsti istehsal edilməsi barədə razılığa gəlinib. Bu, xüsusilə laboratoriya imkanları və ya kifayət qədər təlim keçmiş səhiyyə işçiləri çatışmayan ölkələr üçün vacibdir”, – deyə T.Qebreyesus vurğulayıb.

ÜST-nin baş direktoru sürətli test dəstlərinin hansı ölkələrə paylanacağı barədə məlumat verməyib.