XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Mart 2016 - 09:28

ABŞ-ın daha bir prezidentliyə namizədi müsəlmanlara qarşıçıxdı

kruz

ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə namizədlərindən biri Ted Cruz müsəlman icmalarının izlənməsi proqramının dayandırılmasına qarşı çıxıb.

O, əsas rəqibi Donald Trampın  ana vətəni olan Nyu York şəhərinə gəlməsindən bir neçə saat sonra mer Bill de Blasio və polis komissarı Bill Brattonla mübahisəsi düşüb.

Cruz Brüsseldəki terror hücumlarından sonra ABŞ hüquq-mühafizə orqanlarını "müsəlmanların yaşadığı rayonlar radikallaşmadan onları izləmək və qorumağa" çağırıb.

Nyu York meri bu çağırışı tənqid edib. Cavabında Cruz de Blasionu Nyu York Polis Departamentini (NYPD) müsəlman amerikalılara nəzarət etməyi hədəfləyən mübahisəli proqramı dayandırdığına görə tənqid edib. Cruz "Demoqrafiya Birliyi" adlanan bu proqramı model adlandırırb, meri isə siyasi korrektliyi ictimai təhlükəsizlikdən üstün tutmaqda ittiham edib.

Cruz "Demoqrafiya Birliyi"nin tərəfdarı olan keçmiş Nyu York meri Blumberqi təqdir edib. Cruzun sözlərinə görə, bu proqram "radikallaşmanın qarşısının alınması üçün müsəlman icması ilə əməkdaşlıq şəraitində" fəaliyyət göstərib.

Hazırda Trump partiyadaxili seçkilərdə lider olsa da, Cruz ona çatmağa çalışır.