XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 09:31

Küveytin yeni əmiri məlum olub

Küveytdə Əmir IV Sabahın ölümündən sonra vəliəhd şahzadə Nəvaf ƏlƏhməd ƏlCabir ƏsSabah ölkənin yeni əmiri təyin edilib.

APA xəbər verir ki, bunu Nazirlər Kabineti Məsələləri üzrə nazir Ənas Xalid əl-Saleh Küveyt Əmirinin ölümü ilə əlaqədar dövlət televiziyasında çıxışı zamanı bildirib.

“Nazirlər Kabineti, Konstitusiyanın 4-cü maddəsinə əsasən, Küveyt Dövlətinin Əlahəzrət Şahzadəsi Şeyx Nəvaf Əl-Əhmədi əmir təyin edib, bununla əlaqədar rəsmi qurumların işi üç gün dayandırılıb və ölkədə 40 günlük matəm elan olunub”, – nazir belə deyib.

Ölkənin Milli Məclisinin (Parlament) sədri Marzuk əl-Qanem yeni əmirin çərşənbə günü and içəcəyini qeyd edib.