XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2020 - 10:40

Gürcüstanda koronavirus:daha 326 nəfər yoluxub

Gürcüstanda son sutkada daha 326 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 6 192-yə çatıb. Onların 2 324-ü sağalıb, 36-sı isə vəfat edib.

Hazırda karantində 5 413, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 869 nəfər isə xüsusi otellərdə müalicə olunur.