XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 11:57

Husilərdən Sədiyyə Ərəbistanına cavab – 18 əsgər öldürüldü

Husilər Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində yerləşən hərbi hissəsinə hücum ediblər. Krallığın 18 əsgəri öldürülüb, xeyli hərbi texnikası sıradan çıxarılıb.

Xəbəri husilərə aid əl-Mesirə telekanal yayıb. Yəməndə hakimiyyət çevrilişi edən husilərin bu əməliyyatı indiyə qədər Səudiyyə Ərəbistanına verilən ən ciddi cavabdır. Xatırladaq ki, digər körfəz ölkələrini ətrafına toplayan rəsmi Riyad “Qərarlılıq Fırtınası” adı altında husilərə qarşı hava hərəkatına başlamışdı. Martın 21-də başlayan bu hərəkat bu ayın 12-nə qədər davam etmiş, daha sonra 5 günlük atəşkəs elan olunmuşdu. Atəşkəsin bitməsiylə yenidən Yəməni bombalayan Səudiyyə ordusuna, axır ki, husilər də bu gün cavab verdilər.

Husilərin hücumu və 18 nəfər əsgərinin itirilməsi haqqında rəsmi Riyad hələ də hər hansı açıqlama verməyib.