XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 12:01

İran geri addım atdı – ABŞ-ın tələbi yerinə yetiriləcək
İran Yəmənə göndərdiyi humanitar yardım gəmisini yoxlama üçün BMT-nin Cibutidə yerləşən mərkəzinə göndərmək qərarına gəlib.
Avropa.info xəbər verir ki, İranın humanitar yardım daşıdığını irəli sürdüyü gəmini Cibutiyə göndərəcəyi barədə xəbəri ISNA xəbər agentliyi yayıb.
Mətbuatda yayılan xəbərlərə görə İran hökumətinin bu addımını xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan da təsdiqləyib.
Gəmi BMT-nin Cibutidəki mərkəzində tam yoxlanıldıqdan sonra Yəməndə husi üsyançılarının nəzarət etdiyi bölgəyə yollanacaq.
Xatırladaq ki, may ayının 13-də Pentaqon rəsmiləri İrandan Yəmənə gedən gəmini yoxlama üçün BMT-nin mərkəzinə göndərməyi tələb etmişdi.