XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 18:00

Belçika hökuməti formalaşdıraraq dünya rekordu müəyyənləşdirib- 21 aylıq böhrandan sonra

Belçika hökuməti 21 aylıq siyasi böhrandan sonra formalaşdırılıb, yeni kabinet oktyabrın 1-də and içəcək.

Azərtac “Soir” nəşrinə istinadla xəbər verir ki, bu barədə Kral sarayının rəsmi bəyanatında deyilir.

“Hökumət formalaşdırılıb. Baş nazir və kabinet üzvlərinin andiçmə mərasimi oktyabrın 1-də yerli vaxtla saat 10:00-da baş tutacaq”, – deyə sənəddə bildirilir.

Qəzetin məlumatına əsasən, Belçikanın yeni Baş naziri liberal görüşlü Aleksandr de Kroo olacaq. Hakim koalisiyaya yeddi siyasi partiya daxildir.

Beləliklə, Belçika 653 günlük siyasi böhrandan sonra hökuməti formalaşdıraraq dünya rekordunu müəyyən edib. Sonuncu belə rekord yenə də Belçikada 2010-2011-ci illərdə baş verən öncəki böhranın gedişində qeydə alınmışdı – 589 gün.