XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

24 Mart 2016 - 11:50

Yaponiya XİN Türkiyədə saxlanılan yaponunİŞİD-ə qoşulmaq niyyətini təsdiq edib

İŞİD terrorçu qruplaşmasına qoşulmaq niyyətində olan 24 yaşlı Yaponiya vətəndaşı həqiqətən martın 23-də Türkiyənin Suriya ilə sərhədi yaxınlığında saxlanılıb. Bu barədə martın 24-də Yaponiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Yerli kütləvi informasiya vasitələri bu barədə artıq xəbər yaymışdılar. Saxlanılmış yaponun tezliklə ölkəsinə qaytarılacağı gözlənilir. Hadisə ilə bağlı hazırda ətraflı məlumat verilmir. Lakin bildirlir ki, onun telefonuna baxış zamanı ekstremistlərlə əlaqədə olduğu təsdiqlənib.

İŞİD hazırda İraq və Suriyanın böyük bir ərazisinə nəzarət edir. Müxtəlif məlumatlara görə, onun sıralarında 80 dövlətdən olan 30 mindən 200 minədək terrorçu birləşib(azərtac).