XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 19:45

Ayətullah Xamnəinin 4 nümayəndəsi:"İşğal olunmuş Dağlıq Qarabağ Azərbaycana məxsusdur"

İran Ali Rəhbərinin dörd vilayət üzrə nümayəndəsi Dağlıq Qarabağ məsələsinə dair ümumi bəyanat qəbul edib.

Strateq.az “Zəncan Radiosu”na istinadla xəbər verir ki, bəyanatda deyilir:

“Şübhəsiz ki, işğal olunmuş Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Bu torpaqların Əhli-Beyt ölkəsi olan Azərbaycana qaytarılması zərurətdir. Azərbaycan hökuməti bu torpaqların geri alınmasında tamamilə qanuni şəkildə fəaliyyət göstərir və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini həyata keçirməyə çalışır.

Quran ayələri, məsumların təlimi və İslam İnqilabının fəlsəfəsinə görə özümüzü məzlumları dəstəkləməyə və müdafiə etməyə borclu hesab edirik.

Azərbaycan xalqı yaxşı bilir ki, Dağlıq Qarabağın işğalı zamanı İslam Respublikası Azərbaycana ən yüksək səviyyədə dəstək verib və bütün beynəlxalq forumlarda Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib”.

“Təəssüf ki, iki dost ölkə arasındakı münasibətlərin düşmənləri son vaxtlar hay-küylü bəhanələr uydururlar. Bu, düşmənin psixoloji müharibəsinə həssas olmağımızı və onların pis niyyətinə vasitə olmamağımızı tələb edir.
Uca Allahdan böyük Azərbaycan xalqının şəhidlərini rəhmət diləyir, haqq-ədalətin reallaşması ilə bu faciənin ən qısa müddətdə sona çatacağını və daha çox qan tökülməsinin qarşısını alacağını ümid edirik”, – deyə bəyanatda daha sonra qeyd olunur.

Sənədi Seyyid Mehdi Qureyşi (Qərbi Azərbaycan), Seyyid Məhəmmədəli Ali-Haşim (Şərqi Azərbaycan), Seyyid Həsən Ameli (Ərdəbil) və Əli Xatəmi (Zəncan) imzalayıblar.